Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ötən il istifadəçilər mobil proqramlara neçə milyard xərcləyib? - Statistika



“Sensor Tower” şirkətinin məlumatına görə 2017-ci ildə pullu mobil proqramlar, abunə və daxili ödənişlərdən əldə edilən gəlirlər 35% artıb.

“Qafqazinfo” xəbər verir ki, “App Store” və “Google Play” istifadəçiləri ötən il təxminən 60 milyard dollar xərcləyiblər.

“Apple” şirkəti uzun illər mobil proqramlardan əldə edilən gəlirlər üzrə liderliyini qoruyub saxlayıb. 2017-ci il bu baxımdan, həmçinin istisna olmayıb. “Sensor Tower”in sözlərinə görə, “iOS” istifadəçiləri ötən il mobil proqramlara 38,5 milyard dollar, “Android” sisteminin idarəetməsi altında işləyən qurğu sahibləri isə 20,1 milyard dollar xərcləyiblər.

“Apple” şirkətinin mobil əməliyyat sistemi yalnız istifadəçilərin xərcləri planında deyil, həm də artım tempinə görə liderdir. “App Store” proqramlar mağazasında mobil proqramlardan əldə olunan gəlir 34,7 %, “Google Play”da isə 34,2% artıb.

Hər iki mağazanın göstəricilərini ümumiləşdirsək, 2017-ci ildə istifadəçilər mobil proqramlara 58,7 milyard dollar xərcləyiblər. 2016-cı ildə bu göstərici 43,5 milyard dollar təşkil edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений