Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli İnsanov: Ailə üzvlərim Bakıda yaşayır və ölkəni tərk etmək fikirləri yoxdur



Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov bəzi KİV-lərdə onun ailə üzvlərinin ölkəni tərk etməsi barədə yayılan məlumatları təkzib edib.

“Son zamanlar bəzi mətbuat orqanlarında bir neçə dəfə Əli İnsanovun ailə üzvlərinin xaricə getməsi və Almaniyada yaşaması barədə yanlış fikirlər səsləndirilir. Əslində isə Əli İnsanovun həbsindən dərhal sonra onun ailə üzvlərinin ölkədən xaricə çıxışına rəsmi orqanlar tərəfindən qadağa qoyulub. Əli İnsanovun bütün ailə üzvləri Bakı şəhərində yaşayır və ölkəni tərk etmək fikirləri yoxdur”.

Bu barədə vəkil Toğrul Babayev Əli İnsanova istinadən Amerikanın Səsinə bildirib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений