Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda 68 nazir müavinindən cəmi 3-ü...- Hökumətin tərkibində maraqlı nüans



İspaniya Sosialist Fəhlə Partiyası qadınlara hökumətdə üstünlük verib. Ölkənin baş naziri Pedro Sançes bildirib ki, hökumətdəki 17 nazir portfelindən 11-i qadınlara etibar edilib. 

Maraqlıdır, Azərbaycanda Milli Məclis və Nazirlər Kabinetində neçə qadın var? 

Cebhe.info Azərbaycan Respublikası Milli Məclisin saytına istinadən bildirir ki, Milli Məclisdə 119 deputat var, bunlardan 99-u kişi, 20-si isə qadındır. Xanım deputatlar: 

1. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Bahar Əvəz qızı Muradova ; 
2. Ağayeva Ülviyyə Cavanşir qızı ; 
3. Axundova Elmira Hüseyn qızı ; 
4. Baxşəliyeva Gövhər Baxşəli qızı ; 
5. Cəbrayılova Dilarə Məmmədağa qızı ; 
6. Əliyeva Jalə Fazil qızı ; 
7. Əliyeva Kamilə Əli Ağa qızı ; 
8. Əliyeva Sona Sakit qızı ; 
9. Fətəliyeva Sevinc Həbib qızı ; 
10. Həmzəyeva Ülviyyə Tapdıq qızı ; 
11. Hüseynova Sevinc Əmirəhməd qızı ; 
12. Xanlarova Zeynəb Yəhya qızı ; 
13. İbrahimqızı Məlahət İbrahim qızı ; 
14. Kərimzadə Pərvin Orxan qızı ; 
15. Qafarova Sahibə Əli qızı ; 
16. Qasımova Flora Qasım qızı ; 
17. Mustafazadə Aytən İnqlab qızı ; 
18. Naxçıvanlı Aqiyə Həbib qızı ; 
19. Paşayeva Qənirə Ələsgər qızı ; 
20. Vəliyeva Sədaqət Süleyman qızı. 

Nazirlər Kabinetinin tərkibində isə 19 nazir, 68 nazir müavini var. 

Azərbaycanda xanım nazir olmasa da, 68 nazir müavinindən 3-ü qadındır. 

Nazir müavinləri olan xanımlar: 

1. İqtisadiyyat nazirinin müavini  Sevinc Həsənova ; 
2. Mədəniyyət nazirinin müavini  Sevda Məmmədəliyeva ; 3. Səhiyyə nazirinin müavini  Nigar Əliyeva. 

Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti də xanımdır- Mehriban Əliyeva. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений