Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Diktator öldürülməkdən qorxur: Göydə qırıcılar, yerdə 34 mühafizəçi: GÖRÜŞƏ BELƏ GEDİR



12 iyunda Sinqapurda keçiriləcək Tramp-Kim Çen görüşündə Şimali Koreya liderini mühafizə etmək üçün Çin könüllü olub.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Çin görüşə gedən Kim Çen Inın təyyarəsini müşayət etmək üçün öz qırıcılarını təklif edib. “South China Morning Post”  yazır ki, bu barədə xəbəri Cənubi Koreyanın hərbi mənbələri də təsdiqləyib.

Mənbə bildirib ki, Çinin bu təklifi Şimali Koreyanı açıq şəkildə dəstəklədiyinin nümayişidir: "Dövlət başçısını qırıcılarla müşayət etmək təhlükəsizliyə dair protokollarda nəzərdə tutulur". 

Qəzetin yazdığına görə, hələlik dövlət başçısının Siqnapura hans marşrutla gedəcəyi məlum deyil. Ancaq ekspertlər hesab edir ki, Kim Çen məhz Çinin hava məkanından istifadə edəcək, çünki bu marşrut onun təhlükəsizliyinin təmini üçün ən maksimal şərait deməkdir. Bundan başqa Kim Çenin mühafizəsinə 34 qoruma cəlb ediləcək. 

Xatırladaq ki, Kim Çen In görüşə gedərkən öldürüləcəyindən qorxuduğunu bəyan edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений