Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putindən ÇAĞIRIŞ: Rusiyalıları müharibəyə hazırlayın 



Gərginləşən beynəlxalq vəziyyət Rusiya rəhbərliyini ölkə əhalisini mümkün müharibəyə hazırlamağa vadar edir. 

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Müharibəyə hazırlıq kompleks tədbirləri təkcə mütəmadi keçirilən hərbi təlimləri yox, həm də iqtisadiyyatın hərbi rejimə keçirilməsini əhatə edir

Prezident Vladimir Putinin fikrincə, lazım gələrsə, Rusiya müəssisələri hərbi məhsul istehsalının həcmini artırmalıdır. Bu, təkcə dövlət yox, həm də özəl sektora aid edilir: "Ölkənin hərbi təhlükəsizliyini təmin edən amillərdən biri də iqtisadiyyatın müdafiə xarakteri məhsul istehsalına qadir olmasıdır. Buna hər bir strateji və böyük müəssisələr, mülkiyyət formasından asılı olmayaraq, hazır olmalıdır".

Prezident xatırladıb ki, 2015-2016-cı illərdə istehsal qabiliyyətinin modernləşdirilməsi, maddi-texniki resurslar ehtiyatının formalaşdırılması və qoşunların daşınmasının təmininə dair sərəncam verilib. 

O zaman tapşırıqlar Müdafiə Nazirliyinin nəzdindəki xüsusi komissiya tərəfindən nəzarətdə saxlanıb. 

Xatırladaq ki, Putin oxşar nitqini  2018-ci ildə də etmişdi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений