Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni Qarabag danışıqları: Putindən təklif?



“ATƏT-ın Minsk qrupunun həmsədrləri bir neçə ay fasilədən sonra regiona-işğalçı Ermənistana səfər etdi. Onların Bakıya gəlməyi gözlənilmir”. 

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə ötən ay xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşmüşdü və bir daha Azərbaycanın danışıqlarda hər hansı bir dəyişikliklərə getmədiyini qeyd edib: 

“Prinsipcə, həmsədrlər rəsmi Bakının mövqeyini bildiklərinə görə Bakıya gəlməyə ehtiyac görmədilər. Həmsədrlərin Yerevan səfərində əsas məqsəd yeni hakimiyyətin Qarabağla bağlı mövqeyi ilə yaxından tanış olmaqdır. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konflikti ilə bağlı verdiyi açıqlamalar, birbaşa həmsədrlərin masada olduğu təkilfələrə ziddir. Həmsədrlərin Paşinyanla apardığı danışıqlarında hansı nəticələrin əldə olunduğu bir neçə gündən sonra aydın olacaq. Həmsədrlər Paşinyana danışıqlarda iştirak etməyini və proseslərdə aktiv olmağı diqqətinə çatdırıblar”. 

Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyan ilk gündən Ermənistanın münaqişə tərəfi olmadığına görə danışıqlarda iştirakını mümkünsüz hesab edir və Qarabağ separatçılarının tərəf olduğunu qeyd edir: 

“Əgər belə idisə özü həmsədrlə görüşdü və danışıqlar apardı? Həmsədrlərə ilk gündən deyərdi ki, mənimlə deyil, Qarabağda qondarma rejimlə danışın. Deməli, Paşinyan özü də yaxşı bilir ki, münaqişə tərəfləri özüdür və danışıqlara Ermənistan məhkumdur. Rusiyanın Ermənistana yaxın aylarda yenidən silah və zirehli texnika göndərəcəyi gözlənilir. Rusiya siyasi rəhbərliyi Paşinyanla təması artırmağa və hazırkı ritorikanı davam etdirməyə dəstək olur. Amma, Rusiya prezidenti V. Putin yeni danışıqların başlaması üçün təşəbbüslə çıxış edəcək və bu danışıqların Qərbdə deyil, Rusiyada keçirilməsini irəli sürəcək. Qərbə göstərəcək ki, Ermənistanda hakimiyyətin dəyişməsindən asılı olmayaraq münaqişənin moderatoru özüdür”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений