Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baş bankir bahalı kreditdən indi xəbər tutub? - PUL ÇATIŞMIR



Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bank faizlərinin yüksək olduğunu bildirib və qeyd edib ki, bunu aşağı salmaq lazımdır. O, bu istiqamətdə işlədiklərini, amma bunun həllinin uzun vaxt tələb etdiyini bildirib. Məlumdur ki, banklar kredit faizlərini həmişə yüksək verib. 

Ölkədə sadə insan həmişə faizlərin yüksək olmasından şikayət edib, qonşu ölkələrlə müqayisədə Azərbaycandakı bankların soyğunçuluqla məşğul olduqlarını dilə gətiriblər. Bu məsələ illərdir ki, mövcuddur və təəssüf ki, problemin həlli istiqamətində də konkret addım atılmır. Bu və digər səbəblərdən vətəndaşlar banklardan kredit götürməyə ürək etmir, əvəzində sələmçidən faizlə pul almağa belə razılaşır. Çünki bəzi sələmçinin qoyduğu faizlər bankdakından ucuz başa gəlir. Bununla yanaşı banklar faizləri də fərqli formada verir. Yəni 26 faizlə kredit verən də var, 36 faizlə də. Ona görə də uzun zaman idi ki, vətəndaşlar bankların verdiyi kredit faizlərindən narazı idi. Amma məsələ ilə bağlı indi bu cür açıqlama verilməsi problemin həllinə dair ümidləri artırıb. buna baxmayaraq ekspertlər də bunun tez bir zamanda baş verəcəyinə inanmırlar. 

Elman Rüstəmovun bankların kreit faizlərinin yükəsk olduğunu daim dilə gətirdiyini deyən iqtisadçı ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirdi ki, burada əsas problem ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə müvafiq risklərin olmasındadır. Onun sözlərinə görə, banklar kredit verəndə ilk növbədə özü üçün riskləri hesablayır. Ekspert düşünür ki, risklər bu gün ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində mövcuddur:

"Elman Rüstəmovun da kredit faizlərinin yüksək olması ilə bağlı söylədiyi səbəblər bu mənada  doğrudur. Hazırda banklarda vəsait çatışmazlığı var. Bu da risklərin və faizlərin yüksək olmasında mühüm rol oynayır. Yəni risk amilləri olmazsa kredit verib gəlir də götürmək olar. Kredit faizlərinin yüksək olmasının digər səbələrindən biri də Mərkəzi Bankın uçot dərəcəsinin çox olmasıdır. Hazırda 10 fazə salıblar. Amma bu özü də böyük rəqəmdir. Bütün sadaladıqlarım kredit fazilərinin yüksək olmasına rəvac verən amillərdəndir. Bu amillər aradan qalxmayana qədər kredit fazilərinin aşağı düşməsi mümkünsüzdür".

Bu məsələdə başqa amillərin də mövcud olduğunu deyən Pərviz Heydərov qeyd etdi ki, banklar vaxtilə verdikləri kreditləri geri ala bilmirlər:

"Problemli kreditlər məsələsi var. Həmçinin baş vermiş devalvasiyada prosesin yəni faizlərin artımına təsir edən səbəblərdəndir. Bununla yanaşı əvvəlki illərdə insanların əlində çox maliyyə vəsait vardısa, bu illər ərzində bu azalıb. Əhalinin banklara inamı da qalmayıb. Əlində maliyyə vəsaiti olan onu dərhal ABŞ dollarına çevirir. Ölkə iqtisadiyyatının banklar tərəfindən kreditləşməsi bərbad vəziyyətdədir. Getdikcə də bu tendensiya pisləşməkdədir. Bunlar hamısı təbii ki, bankların kredit faizini aşağı salmasına imkan vermir".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений