Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarpız təhlükə satır: Tərkibində 2 dəfə çox...



Bazarda satılan qarpızlarda nitratların miqdarı normadan iki dəfə arıqdır.

Bu barədə Cebhe.info-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. 

O, bunun Birliyin Sabirabad rayonunda apardığı monitorinq nəticəsində məlum olduğunu deyib: “Bakı bazarlarında  da vəziyyət belədir. Təssüflər olsun ki, avqust-sentyabr aylarında da bazarda təbii qarpıza rast gəlmək olmur”. 

Eyyub Hüseynovun deyir ki, son iki ildə aparılan müşahidələr zamanı məlum olub ki, bazarda təbii üsulla yetişdirilən qarpız yox dərəcəsindədir: 

“98 faiz nitratlarla zəngin qarpızlar idi. Hazırda kənd təsərrüfatı ilə məşğul olan şəxslər qarpızlara nitratları vurur. Qida Təhlükəsizlik Agentliyinin rəhbərliyi isə xarici ölkələri gəzməklə məşğuldur. Görək onlar “tarladan istehlakçının süfrəsinə qədər” məhsulların təhlükəsizliyini necə qoruyacaqlar. Gözləyirik ki, mövsüm zamanı da təhlükəli qarpız-yemişin satılmasının şahidi olacağıq.

Eyyub Hüseynov deyir ki, qarpıza nitrat ona görə vurulur ki, məhsuldarlıq bol olsun.  

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений