Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyan Ağdamın səngərlərinə girdi - YENİLƏNİB



Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.

Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.

Ona mühəndislik və bərkidici infrastrukturların, eləcə də etibarlı müdafiəni reallaşdırmağın yeni texnologiyaları təqdim edilib.

Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının baş inspektoru Movses Akopyan, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan müşayiət ediblər.

***16:47

Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Xəbəri Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Məlumata görə, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.

Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.

***12:40

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsinə səfər edəcək.

Virtualaz.org news.am-a istinadən bildirir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib.

Paşinyanın Qarabağa səfərinin bir gün davam edəcəyi bildirilir.

Səfərin gündəliyi açıqlanmır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений