Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək



Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib.

Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək.

Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.

Agentliyin məlumatına görə, bu dövr üçün istehlak inflyasiyası dövrün sonuna zəifləmə tendensiya ilə 6-6,5 faiz həddində olacaq:

“AKPA gözləyir ki, Azərbaycan sabit-müsbət fazasına daxil olacaq, lakin iqtisadi artım təmkinli olacaq”.

Azərbaycan Dövlət Statistika Komitəsinə əsasən, 2018-ci ilin yavar-aprel aylarında ölkənin ÜDM-u 1,2 faiz təşkil edib, qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Həmin dövr ərzində inflyasiya 3,5 faiz təşkil edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений