Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan İstanbul mitinqində rəqiblərinə səsləndi



“CHP-nin olduğu yerdə pislik, zibillik, susuzluq, çirkli hava var””

Türkiyənin hakim partiyası AKP Yenikapı Mitinq Sahəsində "Böyük İstanbul Mitinqi” təşkil edib.

 Türkiyə mediası xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdə bir çox mövzulara toxunub və rəqiblərinə mesajlar göndərib. 

Ərdoğan üzünü mitinq iştirakçılarına tutaraq onları 24 iyunda keçiriləcək prezident seçkilərinə çağırıb: “İndi buradan soruşuram. Hazırıqmı İstanbul? 24 iyunda kükrəməyə varsınız? 24 iyunda güclü bir məclis üçün kükrəməyə varsınız? 24 iyun demokratiya bayramımız indidən xeyirli olsun. Bu yağışa baxmayaraq, siz dediniz ki, bu, rəbbimin rəhmətidir”.

Ərdoğan rəqiblərinə mesaj göndərməyi də unutmayıb: “İstanbul nədir, bilirsizmi? Dünyanın mərkəzidir. İstanbul eyni zamanda bir başlanğıcdır. Biz Türkiyəyə xidmət səfərimizdə haradan başladıq? Buradan. Mən nitqimi iki hissəyə böləcəm. Bir hissəsində İstabuldan danışacam. Bəziləri kimi danışmayacam. Hələ də yalan atırlar. Çox məharətlidilər. Usta nədirsə, şəyirdi də odur. Millətimizə dair xəyallarımızın nüvələrini həyata keçirdik. Burada İstanbul var. İstanbulda bizim içməli suyumuz var idi? Gənc qardaşlarımız, övladlarımız bunu bilməz. Ümraniyyə zibilliyi partladığı zaman CHP-li bələdiyyə sədri vardı. 39 qardaşımız orada öldü. CHP bu. CHP-nin olduğu yerdə pislik, zibillik, susuzluq, çirkli hava var”. 

Ərdoğan eyni zamanda rəqibi Muharrəm İncəyə də müraciət edib: “Muharrəm bəy, dünyanın ən təmiz şəhəri İstanbuldur. 

Muharrəm bəy, rüşvətdən-filan bəhs edirsən, amma həddini bil. 2.5 milyard dollar borcla İBB-ni təhvil alıb, 1.25 milyard dollar borcla təhvil verdim. Amma investisiyalar qoyduq. Adam soyğunlardan bəhs edir. Həddini bil. Dedik ki, Türkiyə şanına yaraşanı yaxalayacaq. Muharrəm bəy, 23.5 milyard dolar borcumuz vardı İMF'yə, onu biz sıfırladıq, biz, CHP yox. 236 kat trilyon investisiya qoyduq təkcə İstanbula. Belə soydular, elə soydular. Nəyi soyduq? Bu nə həyasızlıqır? İstanbula 34 min yeni dərslik qazandırdıq. Atatürk Mədəniyyət Mərkəzi... Biz buranı dağıdacağıq dedim. Dağıtdıqmı? Dağıtdıq. Amma indi bir nömrəli opera binasını ora qururuq. Qalalı Əsgər Liseyinin restavrasiyasını tamamlayaraq muzey hazırlayırıq. Prezidentlik külliyyatına 5 milyon cild kitablı kutabxana qururuq. Yaşıl adanı biz demokratiya və azadlıqlar adasına çeviririk”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений