Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zaqatalada ərzaq mağazası yanıb



Zaqatalada ərzaq mağazasında yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Dinar İsa qızı Mustafayevaya məxsus, ümumi sahəsi 56 kv/m olan ərzaq mağazasında yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın içərisində olan soyuducu və 7 kv/m-lik sahədə taxta vitrin yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений