Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə seçkiləri: Bu namizəd İLK TURDA qalib gələcək - SORĞU



İyunun 24-də  Türkiyədə keçiriləcək prezident və parlament seçkilərindən öncəki son sorğunun nəticələri açıqlanıb.

Cebhe.info xəbər verir ki, sorğunu keçirən ORC şirkəti seçki faizlərinin hakim Ədalət və İnkişaf Partiyası və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın xeyrinə olduğunu bəyan edib.

Şirkəti respondetlərin 53.4 faizi “Cümhur İttifaqı”na, onlardan 52.8 faizi isə Ərdoğana səs verəcəyini açıqlayıb.

Sorğunun nəticələrini şərh edən şirkət yetkililəri seçkilərin ilk turda Ərdoğanın xeyrinə bitəcəyi qənaətində olduqlarını bəyan ediblər. Qeyd edək ki, bundan öncə müsahibələrində prezidentliyi namizəd Meral Akşener və Muharrem İncə keçirilən rəy sorğularının nəticələrinin doğru olmadığını və xüsusi tapşırıqla hazırlandığını deyiblər. Müxalif namizədlər iddia edir ki, seçkilər ikinci tura qalacaq və bununla da AKP iqtidarı hakimiyyətdən gedəcək.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений