Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hansı ölkədə nə qədər evdə çalışan işçi var? - Maraqlı statistika



Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrində evdə çalışan işçilərin sayı ilə bağlı 2017-ci il üzrə statistikanı açıqlayıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Aİ-yə üzv olan 28 ölkə içində evdə çalışan işçisi ən çox olan ölkə Hollandiya olub. Bu ölkədə vətəndaşların 13,7 faizi evdən işləməyi üstün tutub.

Lüksemburq 12,7 faizlə ikinci, Finlandiya 12,3 faizlə üçüncü və Avstriya isə 9,5 faizlə dördüncü olub.

Ən az evdə çalışan işçisi olan ölkə isə Bolqarıstan olub. Ötən il burada əhalinin cəmi 0,3 faizi evdə çalışıb. Bu istiqamətdə Rumıniya (0,4 faiz) və Cənubi Kipr (1,2 faiz) də fərqlənib.

Bundan başqa, ev işçilərinin sayı Almaniyada 4,8 faiz, Fransada 6,8 faiz, İngiltərədə 4 faiz, İtaliyada 3,5 faiz və İspaniya 4,3 faiz təşkil edib.

Ümumilikdə Avropa İttifaqı ölkələrinin ümumi əhalisinin 5 faizi evdən işləyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений