Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda sementlə dolu yük maşını aşdı 



Bakı-Qazax yolunun 44-cü kilometrliyində betonqarışdıran maşın aşıb. 
 
“Qafqazinfo”nun  verdiyi xəbərə görə, təxminən iki saat əvvəl “99 JM 011” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 
 
Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb. 
 
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

***

Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, “Qaradağ Sement” ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений