Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lotu Quli yeni savaş astanasında: “O, çox ambisiyalıdır və heç kəsə güzəştə getmir”- MÜSAHİBƏ 



“Bir müddət əvvələ qədər azadlıqda ancaq 3 “kit” vardı: Merab Canqveladze, Nadir Səlifov (Lotu Quli) və Laşa Şuşanaşvili. Ancaq indi Quli və Merab qalıb. Merab və Laşa bir-birini qarşılıqlı olaraq "tanımır", görüşmür və ünsiyyət saxlamırlar. Quli isə onların hər ikisi ilə də ünsiyyətdədir, ancaq distansiyanı qoruyur".

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın kriminal dünyadan yazan məşhur "Praym-kraym" saytının baş redaktoru Viktor Qefter müsahibəsində deyib. Onun sözlərinə görə, Quli adıçəkilən hər iki şəxsi də "qanuni oğru" kimi qəbul edir. "Deməli, hər kəsin qəbul etdiyi yeganə adam Qulidir?" sulaına cavabında baş redaktor "Bəli, ancaq Quli hər kəsin qulaq asdığı adam deyil. İndi hər kəsin qulaq asacağı adam yoxdur. Yeganə belə adam Şakro Molodoy idi. Çünki onun “oğru dünyası” güclə birləşmişdi: əlaqə və pul vasitəsilə. İndi isə Şakro həbsxanadan heç nə edə bilmir" cavabını verib.

Baş redaktor məşhur "oğru”lar arasında gözlənilən maraq toqquşmasına da diqqəti çəkib. O, Parpaliya, Bədri, Asatryan, Osmanov və Vaqiflə Lotu Qulinin münasibtləri barədə danışıb: "Onlardan Lotu Quli ancaq Vaqiflə yaxşı münasibətdədir. Digər hər kəslə münaqişə ola bilər. Quli çox ambisiyalıdır və heç kəsə güzəştə getmir. Bir dəfə hətta Edik ondan öz adamı üçün xahiş edib, ancaq Quli imtina edib. Bu, Edikin özünübəyənməsi üçün olduqca böyük itkidir". 

Baş redaktor Qulinin iştirakı ilə gözlənilən "razborka"lardan da danışıb: "Quli üçün iki həll edilməyən məsələ qalıb Albert və Şarap. Albertə görə piterlilərlə, Şarapa görə isə buna mane olanlarla münaqişə ola bilər”.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений