Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Marneulinin icra başçısından azərbaycanlılara həqarət: “Nə Nərimanovu tanıyıram, nə də...”



Gürcüstanın Azərbaycan türklərinə məxsus tarixi abidələrin, toponimlərin və mədəniyyət mərkəzlərinin adının təhrif edilməsi problem olaraq qalır. Bu günlərdə belə bir fakt azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda baş verib.  

Gürcüstan azərbaycanlılarının hüquqularının müdafiəsi üzrə ekspert  Kamran Ramazanlının Cebhe.info-ya verdiyi açıqlamaya görə,  bir qrup azərbaycanlı gənc  Ramazan bayramı münasibəti ilə Nəriman Nərimanov adına Mədəniyyət evində tədbir keçirmək üçün Marneuli şəhər meriyasının rəhbəri Zaur Tabatadzeyə məktubla müraciət edib.  “Lakin Tabatadze həm şifahi, həm də yazılı şəkildə bayram tədbiri keçirmək istəyən gənclərə cavab verib  ki, nə Nəriman Nərimanovu, nə də onun adına olan Mədəniyyət  Evini tanıyır. Halbuki, Nəriman Nərimanov Qafqazda, o cümlədən Gürcüstanda tanınmış ictimai-siyasi xadim olub”-Kamran Ramazanlı belə deyib. 

Qeyd edək ki, Marneuli rayonun icra başçısı, milliyyətcə azərbaycanlı olan  Temur Abazov iyunun 11-də müxalifətdən olan Vühid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyevi döyərək təhqir etdiyinə görə həbs edilib. Hazırda onun səlahiyyətlərini  Tabatadze icra edir. 

Kamran Ramazanlının sözlərinə görə, Marneuli rayon rəhbərliyinin bu addımı azərbaycanlılara qarşı ayrıseçkilik və qısqanclıq kimi başa düşülə bilər:

"Nəriman Nərimanov həkim və müəllim olub. Bir müddət Marneuli raayonunun Qızılhacılı kəndində müəllim kimi fəaliyyət göstərib.  Əslində,  tariximizə qarşı bu biganə münasibət  əvvəllər də var idi. İndi isə həmin müasibət özünü daha qabarıq şəkildə göstərir. Bu da  icra hakimiyyəti rəhbərinin yerli əhali arasından deyil, bir qayda olaraq, kənardan gətirilərək seçilməsi ilə bağlıdır. Həmin şəxslər əsasən başqa millətin nümayəndəsi olur. Marneuli rayonunun əhalisinin 85 faizi azərbaycanlı olduğu üçün yerli hakimiyyət orqanlarına rəhbərlik də milliyətcə azərbaycanlı olmalıdır. Yəni  icra başçısı yerli əhalinin mədəniyyətini, ədəbiyyatını, dilini bilməli, problemləri ilə bağlı məlumatlı olmalıdır. Kənardan gələn kadrlar isə yerli mühiti bilmir, azərbaycanlıların mədəniyyəti və ədəbiyyatı ilə bağlı  proseslərdən xəbərsiz olur.  Bu da ciddi problemlərin yaranmasıına səbəb olur. 

Nəriman Nərimanov kimi böyük bir şəxsiyyəti keçmiş SSRİ məkanında hamı tanıdığı halda, Marneuli kimi böyük bir rayonun icra başçısının səlahiyyətlərini icra edən adamın "Mən Nərimanovu tanımıram"deməsi çox acı bir haldır. Hesab edirəm ki, Gürcüstanın hökuməti  bu barədə ciddi düşünməlidir.  Səksən beş faizini azərbaycanlılar təşkil edən  bir rayonun rəhbərliyini əhalinin mədəniyyəti, ədəbiyyatı, tarixi barədə heç bir məlumata malik olmayan bir adama həvalə edilməsi kimə lazımdır? Müqəddəs bir bayramla bağlı müraciətə bu cür cavab vermək adi bir vətəndaşa belə yaraşmayan davranış tərzidir. Marneulidə və azərbaycanlıların yaşadığı digər rayonlarda bu cür tədbirlərin keçirilməsinə rəəsmi dairələr qısqanclıqla yanaşır",-deyə Kamran Ramazanlı qeyd edib.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений