Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva zəhərlənmələrdən danışdı: "O preparat o qədər güclüdür ki..." - ÖZƏL



“Sovetlər dövründə belə şeylər olmazdı, təsadüfən bir nəfər belə zəhərlənərdisə bütün respublika bir-birinə dəyərdi”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışının deputatı, pambıqçı qadın kimi ölkədə məşhurlaşan Tərlan Musayeva bildirib. O son günlərdə ölkədə pambıq sahələrində ardıcıl baş verən kütləvi zəhərlənmələri sovet vaxtı ilə müqayisə edib:

“Sovet dövründə zəhərlənmə hadisəsi o zaman ola bilərdi ki, həmin fəhlə dərmanı qarışdıranda, aparata tökəndə və ya digər bir məsuliyyətsizlik edərdisə olardı. 

İndi artıq 5-ci rayondur ki, zəhərlənmə hadisəsi baş verir. Qulaq asıram özüm də ki, nə qədər insan, hətta uşaqlar belə zəhərlənir. Deməli, bu preparat o qədər güclüdür ki, insan orqanizmi üçün ciddi narahatlıqlara səbəb olur. Əgər bu zərərlidirsə, ba.a düşmürəm bunlar insandan artıqdırmı? 

Birincisi bunu ölkəyə gətirmək lazım deyildi, daha sonra edirdilərsə belə bunun dozasını qaydasına qoymalı idilər. Ən əsası bu bir rayonda baş verirdisə, qalan rayonlarda da tədbirlər görülməli idi”.

Pambıqçı qadın pambıq sahələrində olarkən ağzına əleyqaz taxdığını, mütəmadi olaraq ağartılardan istifadə etməsini də vurğulayıb:

“Biz insanlar oradan çıxandan sonra dərmanları səpərdik, 1 sutka da ora heç kəsi buraxmazdılar.  Bizə kolxozdan ağartı ayırırdılar, nəzarət edirdilər. İndi isə şəxsi təsərrüfatlardır, qrup şəklində işləyirlər və insanların özləri də təhlükəsizlik qaydasına nəzarət etmirlər. Heç sahibkarlar da bunu düşünmür.

Mənim üçün də bunun səbəbi maraqlıdır. Bəlkə də bu hallar dövlətə, dövlətin başçısına qarşı olan təxribatlardır."

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений