Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Belarusu gözləyən Ukrayna aqibəti: Prezident xəbərdarlıq etdi



Həmişə özünün cəsarətli açıqlamaları ilə seçilən Belarus prezidenti Aleksandr Lukaşenko yenidən dünya mətbuatının gündəmi olub. Belə ki, bir sıra media orqanları onun açıqlamasını tirajlayaraq Belarus prezidentinin ölkəsindəki vəziyyətlə bağlı narahat olduğunu yazıblar. Xəbərdə bildirilir ki, Aleksandr Lukaşenko Belarus iqtisadiyyatındakı son vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb və qeyd edib ki, bu nüans ölkəsinin müstəqilliyini itirməsi ilə nəticələnə bilər. O, iqtisadiyyatı üçün ciddi təhlükə olduğunu deyib və bildirib ki, uğursuzluğa düçar olacaqları halda Belarusun digər bir dövlətin tərkibinə daxil olma ehtimalı istisna deyil.

Bəs görəsən A.Lukaşenkonun bu cür açıqlamalar verməsinin səbəbi nədir? 

Bu sualla siyasi şərhçi Qabil Hüseynliyə müraciət etdik. Analitik Cebhe.info-ya açıqlamasında bildirdi ki, mədəni əlaqələr və ölkədəki rus dilli əhalinin sayı etibarı ilə Rusiyanın Belarus üzərində onsuzda üstünlüyü mövcuddur. Bununla yanaşı Belarusun neftə olan ehtiyacının 80 faizini, qazın isə 100 faizinin Rusiyanın ödədiyini deyən Q.Hüseyinli hesab edir ki, Rusiyanın özü də Minsk üçün böyük bazardır. Amma buna baxmayaraq rəsmi Moskva daim Minsk üçün təhlükə olaraq qalır. Analitik hesab edir ki, bunu anlayan A.Lukaşenkoda açıqlamasında bu təhlükəni nəzərdə tutub: 

"İki ölkə arasında qonşuluq və tarixi münasibətlər olsa da zaman-zaman Rusiyanın Minskə qarşı təhlükəli siyasi manevrlər etdiyi məlumdur. Bəzən bu malların keyfiyyətini və başqa-başqa səbəbləri əsas götürərərək Belarusidan idxalatı azaldır. Belarusda ölkə əhalisi qarşısında iqtisadi islahatlarla bağlı bir sıra məhdudiyyətlərin olacağı ilə barədə onları xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın mahiyyəti ondan ibarət idi ki, bir qədər kəmərləri sıxmaq lazım gələcək. Bir müddətlik müəyyən, xüsusən sosial yönümlü layihələrin reallaşması gecişəcək. Lukaşenko çıxışlarında bu təhlükələri anladığı üçün daim əhalini Kreml tərəfdən gələ biləcək təxribatçı addmlara qarşı diqqətli olmağa çalışıb. Onun üçün də çalışır ki, ölkənin başqa ölkədən asılılığının minimuma endirsin".

A. Lukoşenko çox ciddi və təcrübəli siyasətçidir deyən politoloq düşünür ki, o yaxşı anlayır ki, Belarusda  Ukraynanın vəziyyətinə düşə bilər: 

"Lukaşenko Rusiyanın necə bir təhlükəyə malik olduğunu və keçmişdə hansı münasibətlərinin olmasından asılı olmayaraq Moskva hökumətinin istənilən ölkəni böyük risklər altında qoya biləcyini bilir. Belarus bunun dəfələrlə şahidi olub. Gah qazı kəsiblər, gah neftin qiymətini bahalaşdırıblar, gahdakı Belarusdan idxal olunan mallara embarqo qoyublar. Yəni Lukaşenko öz təcrübəsində Moskvanın adını çəkmədən Rusiyanın Belarus üçün yarada biləcək təhlükələri açıq deyir. Lukaşenkonun müsbət xarakterlərindən biri də odur ki, o şəffaf danışmağı sevir. Belarus prezidentinin sonuncu açıqlamasında da bu sadaladıqlarım nəzərdə tutulub".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений