Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Knessetdə Ərdoğanı təbrik etdi, ara qarışdı



İsrail parlamentində (Knesset) bu gün keçirilən iclasda millət vəkilləri arasında qalmaqal düşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Siyahısı Blokunun millət vəkili Talib Əbu Arar çıxışı zamanı dünən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edib:

“Türk xalqı və Ərdoğan böyük uğur əldə etdi. Kin bəsləyənlərə baxmayaraq onu təbrik edirəm. Allaha həmd olsun ki, Türkiyə müstəqil və suveren ölkədir. Mübarək olsun”.

Fələstin əsilli digər millət vəkili Əbdülhakim Hav Yəhya da Ərdoğanı təbrik edib.

Onların bu çıxışları yəhudi millət vəkillərinin sərt reaksiyalarına səbəb olub. Onlar ərəb deputatların sözlərini yarımçıq kəsməyə cəhd ediblər.

Qeyd edək ki, Birləşmiş Ərəb Siyahısı Bloku İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarında yaşayan fələstinlilər tərəfindən qurulub. Knessetdə 13 deputatla təmsil olunur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений