Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyanın ən qorxulu dini təriqətləri: Məhəmməd və İsa peyğəmbərlə “danışanlardan” uşaq təcavüzçülərinə qədər - TANIYIN



Yaponiyada terror aktı törətməkdə ittiham edilən təriqət lideri edam edilib. 2004-cü ildən bəri edamını gözləyən bu şəxs “Aum Sinrike” dini təriqətinin lideri Seko Asaxaredir.

Onun rəhbərlik etdiyi təriqət 1995-ci ilin mayında 13 nəfərin ölümü ilə nəticələnən terror aktı təşkil edib.

Bu hadisə dünyadakı təhlükəli təriqətləri yenidən gündəmə gətirib.

Cebhe.info xarici mətbuata istinadən bu təriqətlər barədə məlumatları təqdim edir.

1. “Happy Science" 1986-cı ildə yaradılıb. Yaradıcısı biznesmen Ruyxo Akava olub. O, təriqət lideri olmağı yapon şirkətində işləməkdən daha gəlirli hesab edib.
Təriqət üzvləri xoşbəxtlik prinsiplərini əsas götürürdülər. Liderləri isə hətta Məhəmməd peyğəmbər, İsa peyğəmbər, Budda, Konfusi ilə əlaqə yaratdığı iddia edirdi. Yaradılmasından keçən 30 ildə dünyanın 100 ölkəsində fəaliyyət göstərib və 10 milyon üzvü var. 

2. “Relaizm” dini təriqəti yadplanetlilərə inam əsasında yaradılıb. Onun 90 min üzvü var. Yaradıcısı Klod Vorilondur və əsasən “Rael” adı ilə tanınıb. İddia edir ki, yadplanetlilərlə əlaqə saxlayır və onunla əlaqədəkilər əsasən yaşılgözlülərdir. Onların arasında isə 1973-cü ildə əlaqə saxladığını iddia etdiyi Yaxvadan tez-tez sitat gətirib. Guya Yaxva ona yerdəki həyatın süni yaradıldığınıbildirib.

3. “Qardaşlıq” dini təriqətinin lideri Cim Robertsdir. O, keçmiş dəniz piyadasıdır, davamçıları onu “Evanqalist qardaş” adandırır. Olduqca gizli həyat sürüb, fotoları demək olar yoxdur.

Təriqət üzvləri əsasən xəstəliklərlə özlərini sınaqdan keçirirdilər ki, normal qaydada bu xəstəlikləri müalicə ilə aradan qaldırmaq mümkün olardı. Ancaq müalicə almadıqlarından ölürdülər. 

2016-cı ildə isə təriqətin yaradıcısı Cim Roberts vəfat etdi, ancaq xəstəlikdən yox...

4. “İsanın fundamental kilsəsi”nin lideri 2005-ci ildə ömürlük həbsə məhkum edildi. Mormonlar poliqam nikahlardan imtina etdikdən sonra ənənəviçilər qrupu onlardan ayılaraq Koloradoda özlərinin mənzil-qərargahlarını yaratdılar. Təriqət üzvləri indi də rasizm, ksenofobiya və homofobiyada ittiham edilir. Liderləri isə həbsdən kodlaşdırılmış məktublarla təriqət üzvlərinə təlimat verir.

5. “Alef” və “Hikari no Va"- bu təriqətlər Yaponiyada adı terrorda hallanan "Aum Sinrike"nin davamçısıdır.  Bu təriqətlər baş verənlərə görə üzr istəyib və zərərçəkənlərə təzminat ödənilməsi üçün xüsusi fond yaradıb. 2002-ci ilin yanvarında ona Rusiyada olan təriqət üzvü Fumuxiro Dzeyu 3 il ərzində liderlik edib. 2007-ci ildə o, "Hikari no Va" təriqətini yaradıb.
Hazırda hər ikisi bir-birindən ayrı fəaliyyət göstərir. 

6. “12 qəbilənin kommunası” təriqəti Tenessi ştatında yaradılıb. Qəlbin xilası üçün Bibliyanı yeganə vasitə hesab edir. Təriqət üzvləri hesab edir ki, çoxmillətlilik qətllərə, cinayətlərə yol açır. Təriqət üzvlərini Fransadan Argentinaya qədər müxtəlif ölkələrdə rastlamaq olar. Təriqətin adı uşaq əməyinin istismarı, uşaqlara qarşı şiddətdə çəkilib.

7. “Nuvabiyski milləti” təriqəti özündə qədim Misir inancı, xristianlıq və bir çox digər inancları birləşdirir.

20-ci əsrin 70-ci illərində Duaytom York tərəfindən yaradılıb. Daha sonra isə o, 135 illik azadlıqdan məhrum edilib. Səbəb isə uşaqlara qarşı seksual hərəkətlər olub.Bu iş ABŞ tarixində bu qəbildən olan ən qalmaqallı cinayət işi hesab edilir.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений