Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şamaxıda kombaynı kəndə buraxmayan icra nümayəndəsindən jurnalistə kobud cavab: “"Siz kimsiz, getsinlər...”



Xəbər verdiyimiz kimi, Şamaxının Çarxan kənd sakinləri İcra Hakimiyyətinin adıçəkilən kənd üzrə nümayəndəsi İlham Cəfərovdan şikayət edərək onun kəndə taxıl biçilməsi üçün gətirilən kombaynları öz sahəsində işlətməyə apardığını bildiriblər. İddialara görə, icra nümayəndəsi kombaynları kənd sakinlərinə verməkdən imtina edib.

Bununla bağlı Cebhe.info-ya danışan kənd sakini Raqib Ağayev bildirib ki, 20 hektar sahədə əkdikləri taxıl və arpa icra nümayəndəsi İ.Cəfərovun onlar üçün göndərilmiş kombaynları kəndə buraxmaması səbəbindən yararsız hala düşmək üzrədir.

O iddia edib ki, bir müddət əvvəl bir sıra qurumlardan onlara taxıllarını biçmək üçün texnika verilməsini xahiş ediblər. Müraciət müsbət cavablandırılıb, lakin bu dəfə icra nümayəndəsi İ.Cəfərov texnikaların kəndə girişinə əngəl olub. Sözügedən şəxs kombaynları özünün sahəsinə yönəldib. Bundan sonra texnikasız qalan kənd sakinlərinə isə sadəcə kənardan taxılın xarab olmasını izləmək qalıb.

Cebhe.info  əməkdaşı olaraq İlham Cəfərovla əlaqə saxlayıb  iddialara münasibətini öyrənməyə cəhd etdik.İcra nümayəndəsinə özümüzü təqdim edib sualımızı ünvanladqıdan sonra İ.Cəfərov kobud tərzdə "Siz kimsiz, hüquq- mühafizə orqanı əməkdaşısınız? Şikayət var, getsinlər hüquq- mühafizə orqanına etsinlər",- deyərək telefonu söndürdü. 

İcra nümayəndəsinin bu davranışı ittihamların doğru olduğunu düşünməyə əsas verir. Ümidvarıq ki, sakinlərin müraciətini cavablandıraraq kəndə kombayn göndərən əlaqədar qurumlar- Kənd Təsərrüfatı Nazirliyi və İcra Hakimiyyəti texnikanı kəndə buraxmayan icra nümayəndəsiylə bağlı müvafiq tədbirlər görəcək. 

Elmir Murad 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений