Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Pirverdiyevin biznes imperiyası: Dövlətə və millətə xidmət etməyə zaman qalmayıb



Mingəçevirdə “Azərbaycan İES”də baş verən qəza, ölkənin iki gün qaranlığa qərq olması “Azərenerji” ASC-nin idarəolunmasındakı çatışmazlıqların artıq bütün Azərbaycanı çətin duruma salacaq səviyyəyə yüksəldiyini göstərdi.

Qurumun rəhbəri Etibar Pirverdiyev qəzaya müxtəlif bəhanələrlə don geyindirmək cəhdində bulunsa da, yalanı çox keçmədən üzə çıxdı. Ölkə rəhbəri səviyyəsində E.Pirverdiyevə ciddi irad bildirildi. “Azerenerji” rəhbərinin tənbeh edilməsi mövcud vəziyyətdə müsbətə doğru dəyişikliyin olacağına ümid yaratdı. Ümumiyyətlə, Etibar Pirverdiyev barəsində dəfələrlə dövlət adamından çox, biznesmen olması barədə yayılan informasiyalar onun rəhbərlik etdiyi quruma vaxt ayırmasını demək olar ki, mümkünsüz edirdi. Nəticə də göz qabağındadır. Pirverdiyevin cavabdeh olduğu sahə üzrə fəaliyyətsizliyi ölkəni ard-arda iki gün qaranlıqda qoydu.

Hələ 2017-ci ildə Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” ASC-də yoxlamaların aparılması ilə bağlı qərar verilmişdi. “Azərenerji” ASC-nin bazarda tək inhisarçı şirkət olmasına baxmayaraq, zərərlə işləməsi barədə bir-birinin ardınca xəbərlərin yayılması da artıq adi hala çevrilib. Hər ilin yekunları ilə bağlı qurumun verdiyi hesabatlarda ili zərərlə başa vurduğu açıqlanır. Təəssüf ki, qurumun zərərlə işləməsinin səbəbləri hələ aydın deyil. Əslində aydındır, ancaq Pirverdiyin qurumu bunu etiraf etmir.

Etibar Pirverdiyev də oliqarxlaşmış məmurlar siyahısındadır. Onun rəhbərlik etdiyi kifayət qədər böyük struktura malik şirkətləri, daşınmaz əmlakları və böyük “biznes imperiyası” var.
Hətta “Expressbank”ın da məhz E.Pirverdiyevin kurasiyasında olduğu deyilir. Təsadüfi deyil ki, “Azərenerji” ASC-nin bütün bank əməliyyatlarını “Ekspressbank” vasitəsilə aparır. Azərbaycan Elmi-Tədqiqat və Layihə- Axtarış Energetika İnstitutunun yerləşdiyi binanın da mülkiyyət hüququ məhz Etibar Pirverdiyevə məxsusdur. Məlumatlara görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur.

“VİKTORİYA-313” MTK (Hazırda fəaliyyət göstərmir, iddialara görə bu şirkətin müflis olmasında səbəb də məhz E.Pirverdiyevin qanunsuz maliyyə əməliyyatları olub-müəl.), “Azenco” ASC, “İnter Enerji” MMC şirkətləri də Etibar Pirverdiyevin tebeliyində olan şirkətlərdir. 

Bu günlərdə “Azərenerji” ASC-nin rəhbərinin sahib olduğu mülklərin bir hissəsi haqqında məlumatlar yayılıb. Belə ki, E.Pirverdiyev Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli 2 milyon 400 min manatlıq mülkü, Qusar rayonunda milyonluq villa, İngiltərənin paytaxtı London şəhərində malikanə, Quba rayonu, Xınalıq yolunun üstündə məşhur "Qalaaltı" adlanan ərazidə (Küsnətqazma kəndi) nəhəng otel kompleksinin sahibidir.

Onun əsas biznes şəbəkəsi isə Xaçmaz, Xudat və Şabrandadır. Pirverdiyevin Xaçmazda dəniz kənarında yerləşən bir neçə istirahət mərkəzi, Xudatda şadlıq evi və bazarı, Şabranda isə 10-dan çox dəvə ferması var. E.Pirverdiyev həm də Dağıstan və Çeçenistanda geniş tikinti biznesinə nəzarət edir.

Göründüyü kimi, Etibar Pirverdiyev kifayət qədər böyük bir biznes imperiyasına rəhbərlik edir. Bu qədər işi görmək, bu şirkətləri idarə etmək üçün vaxt, enerji, həvəs lazımdır. Görünən odur ki, E.Pirverdiyevin vaxtının böyük hissəsi məhz öz biznesini idarə etməyə gedib. Son baş verən enerji böhranından sonra belə məlum oldu ki, E.Pirverdiyev “Azərenerji” kimi strateji bir qurumu idarə etməyə, ümumiyyətlə, vaxt tapa bilmir və bunda heç maraqlı da olmayıb. 

Digər maraqlı məqam isə Etibar Pirverdiyevin sahib olduğu biznes şəbəkəsinin əhatə etdiyi dövrlərlə bağlıdır. Belə ki, Etibar Pirverdiyevin oliqarx məmura çevrilməsi 2005-ci ildən sonrakı dövrlərə təsadüf edir. Nəzərə alsaq ki, E.Pirverdiyev 2001-ci ildə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti postuna təyin olunub, biznesin ilkin kapitalının haradan qaynaqlandığını təsəvvür etmək elə də çətin olmur. Belə bir deyim var ki, böyük biznes imperiyalarının ilkin kapitalı heç vaxt şəffaf şəkildə qazanılan pul olmur. Həmin vəsait, yəni ilkin kapital korrupsiya və ya digər qanunsuz yollarla əldə olunan çirkli pullar olur. Görünən odur ki, Pirverdiyevin də maliyyə qaynağı “kreslo”nun ona verdiyi imkanlar olub. Zamanında ona böyük imkanlar açan quruma indi rəhbərlik etməyə vaxt tapa bilməyən Etibar Pirverdiyev öz biznesinin inkişafında daha maraqlı olub.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений