Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyana Kremldən “oğru” sürprizi: “Kriminal generallar” oyunda 



Ermənistanın yeni hakimiyyəti “oğru dünyası"na qarşı qəddar olacağını bildirərək "qanuni oğru"ları həbsxanaya göndərəcəyini bəyan etsə də, kriminal aləmdə İrəvana maraq ölməyib.

Cebhe.info xəbər verir ki, baş nazir Nikol Paşinyanı indi daha 2 “sürpriz” gözləyir. Belə ki, Rusiyada həbsdən buraxılan 2 “qanuni oğru” - Ruben Kosayan və Arsen İrəvanski ölkələrinə qayıtmağı düşünürlər.  İrəvanski kimi tanınan  52 yaşlı Ruben Kosayan və 40 yaşlı Arsen Mkrtıçyanın adı bir çox qalmaqallı işlərdə çəkilib. 

Onların hər ikisi uzun müddət polisin nəzarətində olan, ancaq yaxanı ələ verməyən “orğu”lardan hesab edilib. “Oğru” karyeralarında ilk həbslərini çəkib azadlığa çıxıblar və nüfuz sahibidirlər. Ruben Kosayan 20 ildən artıqdır ki, İvanovski üzrə "nümayəndə”dir. Arsen İrəvanski Kalujiskiyə "baxıb” və azadlığa təxmin edildiyindən 2 il 10 ay tez çıxıb. Səbəbini isə səhhətindəki problemlərlə əlaqələndiriblər. Ancaq maraqlıdır ki, həkimlərin "ölümcül diaqnoz" qoymasına baxmayaraq, İrəvanski "Mercedes 222"nin sükanı arxasında oturmağa özünə güc tapıb. Məhz elə həmin maşınla da həbsxanadan birbaşa qaldığı evə gedib.

Bu isə sözügedən şəxslərin həm də Ermənistanın yeni rəhbərliyi üçün Kremldə hazırlanan “sürpriz” olacağı ehtimalını gündəmə gətirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений