Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xomeyni ailəsinin lüks həyatı İranı qarışdırdı: Devalvasiya ölkəsində nəvənin brend çanta həvəsi - FOTOLAR ƏLƏ VERDİ



İran İslam İnqilabının lideri Ayətullah Xomeyinin nəvəsi Əli İşrakinin  adı daha bir qalmaqalda çəkilir. Belə ki, inqilab liderinin nəvəsinin həyat yoldaşı və iki qızıyla fotosunda kadra  olduqca bahalı çanta da düşüb. Bu isə İranda böyük qalmaqal yaradıb. 

Cebhe.info xəbər verir ki, inqilab liderinin nəticəsi Yasəmənin qolundakı leopard naxışlı çanta diqqətləri bir anda üzərinə çəkib. İran mətbuatı dərhal çantanın brend olduğu və 4 min dollara yaxın qiyməti olduğunu yazıb. 

Xomeyni ailəsinin lüks həyatından yazan mətbuatın araşdırmasından bəlli olub ki, çanta “Dolce & Gabbana"ya məxsusdur və 3,8 min dollar dəyərindədir. Ailənin fotosu bir anda paylaşım rekordı qırıb. Sosial şəbəkə istifadəçiləri İranda devalvasiya, işsizlik, sosial problemlərin artdığı bir zamanda Xameyni ailəsinin lüks həyatını xalqa təhqir kimi dəyərləndiriblər. Yasəmən çantanın saxta olduğunu iddia etsə də, onun sözləri qaneedici olmayıb.

Xatırladaq ki, bundan bir müddət əvvəl yayılan məlumatlarda Xomeyinin gəlininin “Burberry" çantasına 1090 funt sterlinq qiymət qoyulmuşdu.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений