Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Restoranda qabağında yemək saxlayanlar cərimələnəcək: İSRAFA QARŞI MÜBARİZƏ



Yeməklərdə israfa yol verilməsi hallarına görə cərimələr tətbiq oluna bilər.

Cebhe.info xəbər verir ki, bu barədə qanun layihəsi Səudiyyə Ərəbistanında hazırlanır. Belə ki, Məşvərət Şurası hazırda israfa görə cərimələri nəzərdə tutan sənəd üzərində işləyir. Buna səbəb isə ölkədə xüsusilə ərzaq məhsullarının adambaşına istehlakında yol verilən israfçılıqdır. 

Araşdırmalara görə, hər il bir səudiyyəlinin zibilə atdığı ərzaq 250 kq-dır. Bu isə ölkə üzrə böyük rəqəmdir. Çünki səudiyyəlilər bu məsələdə dünya üzrə orta statistik göstəricidən də 2 dəfə artıq israfa yol verirlər. İsraf isə büdcəyə hər il azı 13 milyard dollara başa gəlir. 

Təkcə evlərdə yox, xidmət obyektlərində də israfçılıq edən ərəblərə yeni qaydalar tətbiq ediləcək. Sənəd qəbul edilərsə, restoranda müştəri yarımçıq yeyilmiş yeməyə görə cərimələnəcək. Əgər yeməyin ümumi çəkisi 1 kiloqramdan artıqdırsa, ümumi dəyərinin 5 – 20 faizi qədər  cərimə ödəyəcək. 

Əgər ərəblər  artıq qalan yeməyi özləri ilə aparmağa razılaşsalar, cərimə tətbiq olunmayacaq. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений