Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan işığı haradan alır - SON DURUM



Mingəçevir İES-də baş verən qəzadan sonra ölkə miqyasında enerji böhranı baş verdi. Sonradan qəzanın qarşısının alındığı deyilsə də məlumatlara görə hazırda Mingəçevir İES fəaliyyət göstərmir.

Qeyd edək ki, baş verən qəzadan sonra “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı qəza baş verən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyətini bərpa etdiyini deyib.

“Hazırda problem həll olunub, enerji sisteminin fəaliyyəti tam şəkildə bərpa edilib. Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb. Hazırda vəziyyət qənaətbəxşdir. Sistemin dayanıqlığının möhkəmləndirilməsi ilə bağlı digər müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir”,-deyə Y. Babanlı Mingəçevir İES-də baş verən qəzaya münasibət bildirərkən deyib.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir və onun yalnız bir, 6-cı blokunda qəza baş vermişdi.

Cebhe.info-ya daxil olan məlumata görə isə Mingəçevir İES-də baş verən qəzanın fəsadları hələ də tam olaraq aradan qaldırılmayıb. Hazırda Mingəçevir İES-in yenidən qurulma işləri aparılır. Artıq Mingəçevir İES-də quraşdırmaq üçün 18 ədəd 125 min kilovatlıq trasformator sifariş verilib. Mənbə bildirib ki, sözügedən trasformatorlar “ATEF Şirkətlər Qrupu”nda hazırlanır. Bundan əlavə elektrik enerjisinin paylanılmasında istifadə olunan çox sayda  50, 20 və 10 min kilovatlıq trasformatorlar hazırlanacaq.

Mənbə həmçinin qeyd edib ki, sözügedən transformatorların dəyəri milyardlarla manatdır. Bununla da “Azərenerji” rəhbərliyinin məsuliyyətsizliyinin dövlətə vurduğu maddi  zərərin miqdarı müəyyən qədər bəlli olur. Ölkənin imicinə dəyən zərərin isə miqyası dəfələrlə böyükdür.

Qeyd edək ki, hazırda ölkəyə verilən elektrik enerjisinin digər mənbələr hesabına təmin olunduğu bildirilir. Məlumata görə Mingəçevir İES yalnız bir neçə rayonu təmin edə biləcək elektrik enerjisi istehsal etmək gücündədir. Digər tərəfdən ölkənin təlabatının tam ödənilməsi üçün Rusiyadan da enerji ixrac edildiyinə dair  məlumatlar var.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений