Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qızlarınıza ikiqat təhsil verin...



Dünya Bankı hesablayıb ki, planetimizdə 132 milyon qız orta təhsil almadığından dünya iqtisadiyyatı onlarla trilyon dollar gəlirdən məhrum olur.

Dünya üzrə ilkin təhsil ocaqlarını qızların yalnız 89 faizi, orta məktəbləri isə 77 faizi bitirir. "Əgər bu qız uşaqları təhsil ala bilsəydilər, onların dünya iqtisadiyyatına töhfələri sonrakı ömürləri boyu 15-30 trilyon dollar arasında ola bilərdi". 

Cebhe.info xəbər verir ki, məlumat Dünya Bankının "İtirilmiş imkanlar: qızların təhsilinin natamamlığının yüksək qiyməti" adlı hesabatında yer alıb. Tam orta təhsilli qadınların əmək haqları, dünya üzrə statistikaya görə, təhsilsiz və ya natamam təhsilli qadınlarla müqayisədə 2 dəfə yüksəkdir. Bundan əlavə, təhsilli qadınlar ailə-məişət məsələlərində psixoloji baxımdan daha dayanıqlıdırlar, təhsillə sağlamlıq arasında birbaşa əlaqə mövcuddur. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений