Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Baloğlan Əşrəfovdan canımızı qurtaran şərqiçi



Nədənsə ölüm haqqında düşünəndə özüm də qorxmağa başlayıram. Hər gec ölüm bizi də yaxlayacaq. Ya elə oturduğumuz yerdə, ya da nə bilim.

Bu ayın 11-i Türkiyənin məşhur şərqicisi İbrahim Erkalın beyninə qan sızdı və çox çəkmədən həyatını itirdi. İbrahim Erkal mənim üçün qeyri-adi bir şəqiçiydi. Baloğlan Əşrəfovun, Əflatun Qubadovun, Manaf Ağayevin lağlağı mahnılarından bizi qoparıb darıxmaq öyrətdi. Bəli, darıxmaq. Biz onda kim idik ki, hələ üst başı tozlu yatağa uzanan, qızlarla dava edən, küçədə oyuncaq topla oynayan uşaqlar idik. Yadıma gəlir ki, ilk İbrahimin mahnısını bir fəhlə mənə dinlətdirmişdi. Sonra o mahnını dəfələrlə dinləmişdim. Məktəbli dövrümün ən qocaman şərqiçisi İbrahim sonradan darıxmaqla yanaşı, bizlərə, mənim kimi yüzlərlə darıxqan adamlara  romantika da öyrətdi. Sezen Aksu, Əhməd Qaya kimi dahi sənətkarlar və İbrahim Erkal.

Yaddaşımın küncündə İbrahimin səsi ilişib qalıb.

Elə bir vaxt idiki qanımın darıxmalı mahnılara susayan vaxtları idi. İnternetin bu dərəcə inkişaf etmədiyi bir vaxtda yalnız kasetlərdən dinləmək olurdu. Bir kasetini alıb dinləyirdim.

Bəs ölənləri necə yadda saxlamalı? Bilmirəm bunun hansı resepti, formulu var. Məsələn, Əhməd Qayanı götürək (Ahmet Kaya). İllərdir dinlənilir. Mahnılarında hüzn və doğmalıq duyulur. Bir söz qulağımda ilişib qalıb. Uşaq vaxtı eşitdiyim ən çox sözlərdən biri idi: "Ölən ölməsin, qalan bir gün, iki gün ağlıyacaq sonra unudacaq". Unudulmaq çox pis bir şeydir.

Bir də var, bir şeyi olmadığından daha çox şişirtmək. Məsələn, layiq deyil ancaq ona pərəstiş etdikcə gözündə ucalmağa başlayır. Ancaq hər bəsit bir şeyin mürəkkəb tərəfi də var.

İnsan məhfumu elədir ki, bir insana dəyəri öldükdən sonra verir. Yəni, sən bu gün ac qal, yıxıl öl, heç kimin vecinə deyil. Necə ki, həqiqi yıxıldın öldün, hiss etdilər ki, nəfəsin kəsilib. Hə, bax onda arxanca uzun-uzadı təriflər bəsməkan.

Uşaqlığımıza darıxmaq öyrədən İbrahim Erkal indi də hüsran öyrədir. Yerin cənnət olsun, sənətkar!

Ruzbeh Məmməd







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений