Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Xanım deputat keçmiş prezidentə "elçi" gedir



Ukrayna Ali Radasının deputatı Yuliya Timoşenko Polşaya gedir. Ancaq bu səfər adi səfərlərdən deyil. Xanım deputat Ukraynanın Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin sərhədi keçməsinə yardım etmək niyyətindədir. 

Cebhe.info xəbər verir ki, xanım deputat bu barədə NewsOne telekanalına açıqlamasında bildirib.

"Mən şəxsən Mixail Saakaşvilini dəstəkləyəcək və gedəcəyəm. O, 10 sentyabrda sakitcə gəlmək və Ukraynada yaşamağa haqqı olduğunu göstərən məktubu təqdim etmək istəyir",-deyə Timoşenko vurğulayıb.

Timoşenko həmçinin Ukrayna prezidenti Petro Poroşenkonu “Saakaşviliyə qarşı çirkin siyasi repressiyadan istifadədə” genahlandırıb.

Xatırladaq ki, Saakaşvili Polşa vasitəsilə Ukraynaya gəlmək niyyətində olduğunu bir neçə gün əvvəl bəyan edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений