Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Son yüz ilin ən güclü zəlzələsi baş verdi: 6 ölkəyə sunami xəbərdarlığı



Meksikada son yüz ilin ən güclü zəlzələsi baş verib. Meksikanın Zeantepek körfəzində baş verən 8.1 bal gücündə zəlzələ nəticəsində 58 nəfər həyatını itirib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Meksikada baş verən güclü zəlzələyə görə 6 qonşu ölkəyə 4 metrlik sunami xəbərdarlığı edilib. 

Qeyd olunur ki, 8.1 bal gücündə bal verən zəlzələ 1 dəqiqə davam edib və nəticədə, güclü dağıntılara səbəb olub. Yaralananların sayının çox olduğu üçün xəstəxanaların dayanacaqlarında çadırlar qurulub. 

Xatırladaq ki, 1985-ci ildə Meksikada baş verən 8 bal gücündə zəlzələdə 10 mindən çox insan həyatını itirmişdi.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений