Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Borcunu almağa getdi, cənazəsi gəldi - Ortağı erməni imiş



35 min dollar alacağını almaq üçün Ukraynaya getmiş diyarbəkrli iş adamının cənazəsi Türkiyəyə gətirilib. 

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, iyulun 23-də oğurlanmış iş adamının meyiti avqustun 16-da Kiyev yaxınlığında çayda tapılıb.

Məlumata görə, ailəsinin ciddi cəhdlərindən sonra cənazə İstanbula gətirilib və meyit yarıldıqdan sonra dəfn edilmək üçün Diyarbəkrə aparılacaq. 

Qeyd edək ki, Mersində əczaçı  işləyən Rza Yücə Ukraynaya  35 min dollarlıq dərman göndərib. Sonra borcunu almaq üçün Ukraynaya yola düşüb. 

Rza Yücəni Kiyev hava limanında 4 ay birgə çalışdığı iş ortağı Erik Saakyan qarşılayıb və evinə aparıb. O andan sonra türk iş adamından xəbər çıxmayıb.

Narahat olan ailəsinin axtarışlarından sonra Rza Yücənin meyiti əli qolu bağlı şəkildə çaydan tapılıb.  

Aydın 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений