Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Türkiyə qətiyyət göstərsə, Bərzani uduzacaq” - Politoloq



“İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin Kərkükdə referendumla və savaş barədə bəyanatla çıxışı, İraqda İŞİD terrorizmindən sonra, İraq-Kürd müharibəsinə səbəb ola bilər”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, qeyd edib ki, İraqın "Haşdi Şabi" hərbi qüvvələri İraq ordusunun dəstəyindən istifadə etmədən, muxtariyyətin peşmərgələrini yerində otuzdurmağa hazır vəziyyətdədir:

“Mərkəzi hakimiyyətlə  müharibədə  Bərzanin dayaqları ciddi şəkildə laxlaya bilər. Əgər, İran və Türkiyə birmənalı şəkildə Bağdadı dəstəkləsə,  Bərzanin məğlubiyyəti qaçılmaz olacaq. Qeyd edim ki, Türkiyə Mosul, Kərkük və Süleymaniyyənin təhlükəsizliyinə tarixi cavabdehdir. Türkiyə hakimiyyəti qətiyyət göstərib, Bərzaninin bu sayaq açıqlamalarına qarşı öz hərbi gücü ilə cavab verməli, Mosul və Kərkükü mərkəzi İraq hakimiyyətinin nəzarətinə verməyə dəstək olmalıdır.

Bərzanin referendum avantürsası Türkiyə və İran üçün təhlükəlidir. Bu, xüsusilə İraqın parçalanmasına yol açacaq. İraq Baş naziri Heydar İbadi sözünün üstündə durub, hərbi qüvvələri Kürdlərin üzərinə göndərərsə, Bərzani yerində oturacaq”. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений