Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Teatr 144-cü mövsümü “Sərgüzəşti - Vəziri-Xani-Lənkəran”la açır



Mingəçevir Dövlət Dram Teatrı 144-cü mövsümünün açılışına start verib. 

Cebhe.info xəbər verir ki, teatr bu dəfəki mövsümə dramaturgiyamızın banisi kimi şöhrət qazanmış M.F.Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” əsərinin tamaşası ilə başlayır. 1800-cü il hadisələrindən bəhs edən bu komediya həmin dövrün ictimai-siyasi hadisələrinə ayna tutaraq tamaşada bunu əks etdirir. Tamaşanın sentyabrın 20-də nümayiş etdirilməsi nəzərdə tutulur. Teatr eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. 

Hal-hazırda yazıçı-dramaturq Camal Yusifzadənin qələmə aldığı ”Səhər qatarı ” pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, səhnə tərtibatı Rafael Həşimov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. 

Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər. Tamaşanın oktyabrın ikinci yarısında nümayış etdirilməsi nəzərdə tutulub. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений