Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sumqayıtda bankomatı sındırdılar, pulu oğurlaya bilmədilər - VİDEO



Sumqayıtda bankomat oğruları saxlanılıb.

“ARB TV”dən  verilən xəbərə görə, Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatların birindən külli miqdarda pulu oğurlamağa çalışan dəstənin qarşısı alınıb.

Bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd edən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Ərazinin tam boş olduğu saatı biləndən sonra özləri ilə lazımı avadanlıqlar gətirərək bankomatın içində olan seyfi qırmağa cəhd ediblər. Bir neçə dəqiqəyə əsas qapını açıb içəri keçsələr də, seyfi aça bilməyiblər.

Tural Səfərov (saxlanılan şəxs): "İki həftə bundan qabağ plan qurduq. Danışıb "montrovka" və balta götürüb getdik bankomat yarmağa. Seyfi aça bilmədik".

Elnur Tağıyev (saxlanılan şəxs): "Özümüzlə bütün avadanlıqları gətirmişdik. Plan qurduq, vaxt müəyyən etdik. 4-5 dəqiqəyə çöl qapını açdıq, içəri daxil oldum seyfi aça bilmədim".

Qeyd edək ki, dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений