Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hava nə vaxt soyuyacaq? - Nazirlik tarix açıqladı



Payızın gəlişinə sayılı günlər qalsa da, havalar soyumur. İsti hava şəraiti insanların səhhətinə mənfi təsir edir. Xüsusən də metohəssas və səhhətində problemlər olan insanlar risk qrupu hesab edilir. Maraqlıdır, belə hava şəraiti və maqnit qasırğası nə vaxtadək davam edəcək? 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidremetroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

“Artıq bir neçə gündür ki, ölkə ərazisində, bölgələrdə yağmursuz hava şəraiti müşahidə edilir. Yaxın günlərdə də paytaxtda hava yağmursuz keçəcəky, cənub-şərq küləyi əsəcək, havann temperaturu 35 dərəcə təşkil edəcək. Bölgələrdə də yağmursuz hava şəraiti müşahidə ediləcək. Sentyabrın 21-22-də bəzi ərazilərdə ildırım çaxacaq, qısamüddətli yağış yağacağı ehtimal olunur. Bölgələrdə havanın temperaturu 32-36 dərəcə olacaq. Yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений