Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rafael Hüseynov: "Onlar bizi zəiflətmək istəyirlər"



Son günlərdə beynəlxalq təşkilatların, dövlətlərin və lobbi təşkilatlarının Azərbaycana təzyiqləri təsadüfi deyil".

Bunu Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən 26 il keçməsinə baxmayaraq, hələ də ölkəmizə qarşı təhdid və təhlükələr mövcuddur.

R.Hüseynov qeyd edib ki, Azərbaycanın inkişafını həmin qüvvələrin gözü götürmür:

"Bu səbəbdən də onlar hər vəchlə bu inkişafın qarşısını almağa çalışırlar. Onlar Azərbaycanın zəif ölkə olmasında maraqlıdırlar. Odur ki, biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaqdır. Biz bu təhlükəni sovuşdurmağa çalışmalıyıq". (trend)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений