Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

General hökumətə qarşı çıxdı: “Torpaqları Azərbaycana qaytarmayacağıq”



“Dağlıq Qarabağ Respublikası”nın bir məntəqəsi də Azərbaycana verilə bilməz. Çünki təhlükəsizliyin təmini üçün bütün rayonlar vacibdir”.

Cebhe.info xəbər verir ki, son günlər işğal atltındakı bəzi ərazilərin qaytarılacağı barədə səslənən bəyanatlara münasibətində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan deyib.

Onun sözlərinə görə, “DQR”in heç bir məntəqəsi Azərbaycana verilə bilməz,  çünki həmin ərazilərin hamısı təhlükəsizliyin təmini üçün mühüm əhəmiyyət daşıyır.
Akopyan müdafiənin gücləndirilməsi üçün ermənilərin əlavə torpağa da ehtiyacı olduğunu vurğulayıb. 

Generalın bu bəyanatı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “DQR”in ərazilərinin bir hissəsinin Azərbaycana qaytarılması mümkünlüyü barədə səsləndirdiyi fikrə cavabdır. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений