Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimlinin London və Bakı macəraları: Xərclənən milyonlar...



“Yurd” sədri Əli Kərimlinin arvadı Samara Seyidova Britaniya ali məktəblərindən birində təhsil alan oğluna baş çəkmək üçün getdiyi Londondan Bakıya ay yarım sonra-sentyabrın 22-də dönüb.

Cebhe.info xəbər verir ki, bu barədə avropa.info saytına Samara Seydiovanın növbəti London səyahəti barədə təfərrüatlara malik olan mənbələr deyiblər.

Xatırladırıq ki, avropa.info Əli Kərimlinin arvadı Samara Seyidovanın avqustun 5-də Londona getdiyi haqda yazmışdı. Belə ki, həmin gün Rusiyada yaşayan qohumunun yanına gedən təşkilat fəallarından biri Paşa Umudov təsadüfən Bakının Heydər Əliyev Beynəlxalq Aerportunda London reysinə miniyin başlanmasını gözləyən S.Seyidovanı görmüşdü və onun fotolarını çəkib saytımıza təqdim etmişdi. Və fəal hiddətlə sual edirdi ki, partiya üzvlərinin bir çoxu Əli Kərimlinin ucbatından həbsxanalara düşdüyü, məhrumiyyətlər içərisində yaşadığı bir vaxtda onun arvadı tez-tez Londona uçmaq, orada aylarla yaşamaq, alış-veriş etmək üçün pulları haradan alır?

İndi mənbələrimiz bildirir ki, Əli Kərimlinin arvadı Londona növbəti səyahəti zamanı dünyanın ən bahalı şəhərlərindən birində ay yarımdan çox qalıb, bahalı restoranlara, butiklərə tez-tez baş çəkib. Bu, təbii ki, orta səviyyəli azərbaycanlı üçün də əlçatmaz görünən xərclər deməkdir.

Əli Kərimlinin arvadının Londona növbəti səyahəti başa çatsa da, sosial şəbəkələrdə narazı təşkilat üzvlərinin ona ünvanladığı suallar qüvvəsində qalır. Axı Əli Kərimlidə bu qədər pullar haradandır? Rəhbərlik etdiyi partiyanın üzvləri yoxsulluq və səfalət içərisində yaşadığı bir vaxtda onun ailə üzvləri dünyanın ən bahalı şəhərlərindən birində hansı pullarla bu cür dəbdəbəli həyat tərzi keçirir? Axı Kərimli və onun ailə üzvləri 2005-ci ildən bu yana rəsmən heç bir qurumda çalışmırlar.

Xatırladaq ki, “Yurd” sədrinin hər iki övladı 11 il Bakıda Oksford məktəbində ( 1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, Kərimlinin iki övladının Bakıdakı təhsili üçün cəmi 242 min vəsait xərclənib. Hazırda isə Əli Kərimlinin övladları dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik olan Böyük Britaniyada oxuyur və yaşayırlar. Təxmini hesablamalara görə Londonda 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Bura Bakı-London aviareyslərinə alınan biletlərə xərclənən vəsait, tətil, restoran, gecə klubları, barlar, digər əyləncə xərcləri də əlavə edilsə Əli Kərimlinin son 15 ildə təkcə övladları ilə bağlı xərcləri 800 min manatı ötmüş olur.

Bu suallara Əli Kərimli ötən ay özünəxas riyakarlıqla cavab verməyə çalışmışdı. O, internetdə yaydığı çıxışında iddia edirdi ki, guya övladlarının təhsil xərcləri üçün pulları həyat yoldaşı Samara Seydiovanın hələ Ayaz Mütəllibovun dövründə gənc mütəxəssis kimi aldığı mənzili satmaqla və müxtəlif vaxtlarda Avropa İnsan Haqları Məhkəməsində udduğu işlər üzrə Azərbaycan dövlətindən qazandığı təzminatla ödəyib.


Lakin Əli Kərimlinin bu cavabına inanan olmadı. Çünki gənc mütəxəssislərə verilən kiçik mənzilin bazar dəyəri uzağı 80 min manat ola bilərdi. Əli Kərimlinin təzminat kimi qazandığı 46 min avronu bu mənzilin pulunun üstünə gəlsək məbləğ maksimum 180 min manat edir. Lakin Əli Kərimlinin övladlarının təhsilinə ayırdığı pul bundan dəfələrlə çoxdur. Üstəlik Kərimlinin özünün də Bakıda heç də kasıb yaşamadığı məlumdur. Özəl sürücüsü, cangüdəni, qulluqçusu da öz yerində.

Kərimlinin oğlunun təhsil aldığı Bristol Universitetinin hüquq fakültəsində 1 illik təhsil haqqı 30 min funt sterlinqdən aşağı deyil. Yəni, bu 5 ilə 150 min funt sterlinq (330 min manat) deməkdir. Üstəlik Londonda 5 il ərzində 42 min funt (92 min manat) kirayə və yemək xərclərinə sərf olunub. Bu, Kərimlinin övladlarından təkcə birinin London xərcləridir. Onun iki övladının Bakıdakı təhsil haqlarını və Britaniyadakı xərclərini hesablasaq, 1 milyon manatı keçəcək.

Əli Kərimli saytımızın üzə çıxardığı araşdrmaya cavab olaraq yayımladığı video-müraciətində ona dövlət katibi işlədiyi dövrdə Mərdəkandan dövlət hesabına bağ verildiyini, lakin orada imkansızlıqdan ev tikə bilmədiyini də deyirdi. Bu, Kərimlinin daha bir ağ yalanıdır. Çünki o, 2000-ci ildə “Azadlıq” qəzetindəə Həmid Herisçiyə verdiyi müsahibədə deyirdi ki, 1993-cü ildə, Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə getdiyi gün Mərdəkandakı bağ evində idi. Və xəbəri orada eşitmişdi.

Həmin müsahibəsində Kərimli Elçibəyin Kələkiyə uçduğu gecə Mərdəkanda baş evində dincəldiyini, Heydər Əliyevin gecə saat 3-də ona zəng edərək Əbülfəz Elçibəyin yoxa çıxdığını xəbər verdiyini bildirir. Sual yaranır: Əgər Mərdəkanda ev yox idisə, Kərimli həmin gecə harada dincəlirmiş?

Təbii ki, Kərimli yenə də hər şeyi inkar edəcək. Vaxtilə Dübəndidə onun dəbdəbəli villasının fotoları mətbuatda yayılanda da Kərimli faktı inkar etmişdi. Baxmayaraq ki, mətbuatda yayılan fotolarda həmin əzəmətli villanın qarşısında Əli Kərimli keçmiş dostu Kərim Mehdiyevlə söhbət edərkən görüntülənmişdi.

“Yurd” sədri övladlarının London xərcləri ilə bağlı faktları da bu cür həyasızcasına inkar edir. Lakin onun dediklərinə kim inanır axı? Kərimli “dostların ianələri” hesabına 12 ildir oliqarxlara xas həyat tərzi keçirdiyini kimə sübut edə bilər? Onun illərlə aldatdığı təşkilat üzvləri artıq bu cür gülünc yalanlara inanmır, inanmaq istəmirlər.

Çünki övladlarının təkcə təhsilinə milyonlar xərcləyən Əli Kərimli maddi kömək üçün müraciət edən onlarla təşkilat üzvünü “pul yoxdur” deyərək, əliboş yola salır. Elə bu səbəbdən də vaxtilə onun silahdaşları olmuş Kərim Mehdiyev, Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri Kərimlidən uzaqlaşıblar.

Tərəfdaşları Kərimlinin hakimiyyətə gəlməsi uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideynləri ilə ünsiyyətdən məhrum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimlinin ailəsi isə insanların müsibəti üzərində öz zəngin həyat tərzini qurur. Budurmu ədalət? Korrupsiyaya uğramış təşkilat sədri – bu idimi onların idealı? Əli Kərimlinin dəbdəbəli həyat tərzini davam etdirməsi, daha da zənginləşməsi üçün daha neçə-neçə insan qurban verilərək dəmir barmaqlıqlar arxasına salınacaq?

Yeri gəlmişkən, buradan Əli Kərimliyə bir sual da ünvanlamaq istərdik. Əminik ki, bu sualın cavabını Samara Seyidova da eşitmək istərdi. Avqustun 6-da, yəni Samara xanım Bakını tərk edəndən bir gün sonra onun bacısı Gümüş Seyidova səhər tezdən Əli Kərimlinin evinə gəlib və axşam saatlarına qədər, təxminən 9-10 saat orada qalıb. Bu müddət ərzində evə başqa girib-çıxan olmayıb. Maraqlıdır, Əli Kərimli və baldızı 9-10 saat ərzində evdə nə ilə məşğul olublar? (avropa.info)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений