Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Berlində gərginlik: Xalq etiraza başladı



Berlinin mərkəzində Almaniya üçün “Alternativ” partiyasının əleyhdarlarının etiraz aksiyası başlayıb.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Aksiya “Alternativ” partiyasının Bundestaq seçkilərinin nəticələrini qeyd etdiyi bina yaxınlığında baş verib. Aksiyanın təşkilatçılarından olan Hans Zommer hazırda 1300 nəfərin etirazlarda iştirak etdiyini bildirib.

“Düşünürəm ki, bu partiya xalq arasında inamsızlıq və sosial qarışıqlıq yaradan irqçi partiyadır. Onlar cəmiyyətin problemlərinə heç bir cavab vermir, yalnız qorxuya xidmət edirlər”, - Zommer deyib.

Qeyd edək ki, aksiya təşkilatçıları etirazların dinc xarakter daşıdığını bildirsə də, hadisə yerinə xeyli sayda polis və xüsusi təyinatlı dəstələr cəlb olunub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений