Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Texniki problem, yoxsa “Azərişıq”dan yeni pul tələsi?



Tanrıverdi Mustafayev: “”Bildirişin çatdırılması texniki səbəbdən gecikə bilər”

Abonentlər “Azəriişıq” ASC-ni korrupsiyada ittiham edir. İstehlakçıların redaksiyamıza verdiyi məlumata görə “Azəriişıq” ASC pul mənimsəmək üçün sayğac istifadəçilərinə göndərilən bildiriş xəbərdarlığını gecikdirir. Nəticədə abonentlərin elektrik enerjisinə dair aylıq ödəniş xərcləri artır. 

Abonentlər bildirir ki, bildiriş vərəqələri gec gəldiyi üçün əlavə vəsait ödəyirlər. Ümumilikdə, Azərbaycanda 2 milyon 500 min nəfərdən çox abonent var. Bildiriş xəbərdarlığının gecikməsinə görə hər istehlakçı 4 qəpik əlavə pul ödəməli olarsa, bu, elektrik tariflərinə 100 min manat əlavə ödəniş deməkdir. Həmin məbləğ də birbaşa yeyinti obyektinə çevrilir.

 “Azərişıq” ASC sözügedən iddianın əsassız olduğunu deyir. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Cümhuriyət” qəzetinə bildirib ki, hesablananda 30 gün ərzində bildiriş verilməlidir:

“Ola bilər bildiriş abonentə gec verilir, fiziki çatdırmır. Ancaq 30 gün hesablama aparılır. Hər bir abonent üçün istifadə etdiyi elektrik enerjisinə görə 30 günlük çıxarış olur. Məlumdur ki, aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 0.7 qəpikdən, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 11.0 qəpikdən hesablanır. Ona görə də tarif 30 gün ərzində dəqiq olmalıdır. Bir ay 30 gün olduğundan aylıq hesabatlar dəqiq aparılır. Ola bilsin ki, bildirişin çatdırılması texniki səbəbdən gecikə bilər. Yanğın, qəza, əlverişsiz hava şəraiti buna mane ola bilər”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений