Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Moskvanı qorxuda saxlayan Doku Umarov: Ölümündəki müəmma illər sonra etiraf edildi 



Çeçen silahlılarının lideri Doku Umarovun ölüm səbəbi açıqlanıb.

Cebhe.info xəbər verir ki, ölümündən neçə il sonra cəsədinin qalıqları tapılan çeçen liderin ölüm səbəbi kimi ayaqlarındakı qanqren göstərilib. Hüquq- mühafizə orqanlarındakı mənbə  "Rosbalt" a bildirib ki, dağlıq ərazidə gizlənən Doku Umarov və yandaşlarının gizləndiyi yerə raket bomba zərbəsi endirilib. Umarov bu zaman qəlpə yaraları alıb.

"Qarşıya tapşırıq qoyuldu ki, Umarovun müalicə alması əngəllənsin. Bu, onun ilk yaralanması deyildi, buna qədər Nalçikdə müalicə kursu keçmişdi",-d eyə mənbə bildirib. Tapşırığa əməl edilib və Umarovun vəziyyəti getdikcə pisləşib. Onun köməkçiləri br neçə həkimin Şalaji kəndinə aparılmasını təşkil etməyə çalışıb. Umarovu da ora aparıblar. Xüsusi təyinatlılar onun məhz hansı evdə saxlandıldığını müəyyən edə bilməyiblər. 

“Tikililərdən birinə daxil olublar, ancaq Umarov orda olmayıb. Bu zaman məlum olub ki, Umarov başqa evdə saxlanılıb və ordan dağlara aparılıb.  Ora gedəndə artıq Umarov tərpənə bilmirdi.  Umarov ələ keçirilmədi, ancaq onun müalicə alması da mümkün olmadı. Umarov küncə sıxışdırılan siçan kimi idi. Sonradan o yoxa çıxdı",- deyə mənbə vurğulayıb. 

Umarovun ölüm müəmmasını açmaq ancaq 2017-ci ildə mümkün olub. Suriyadakı çeçen döyüşçülərdən biri etirafında bildirib ki, Umarovun yanında olub. Onun sözlərindən aydın olub ki, Umarov kənddən qaçandan qısa müddət sonra ölüb. Onunla birlikdə 3 mühafizəçi olub və daha sonra aralarında problem yaranıb. Onlar bir-birlərini liderin ölümündə günahlandırıblar. Nəticədə biri digər iki mühafizəçini güllələyib. Cəsədi isə Umarovla yanaşı dəfn edib. Umarovun cəsədinin yerini də ancaq o bilib. 

Mühafizəçilər əsasən 2009-cu ildə baş verən hadisələri xatırlayıb. O zaman xüsusi xidmət orqanları Umarovu zəhərləməyə nail olub. Umarov zəhərli qəbul edib və ölümcül vəziyyətə düşüb. Ancaq zəhərdən müalicə olunub və ancaq 1 il sonra səhhəti tam bərpa edilib. Bu hadisədən sonra Umarov böyük kəndlərdən gələn ərzaqları yeməyib. Mühafizəçilər kiçik kəndləri gəzərək ərzaqları şəxsən özləri seçib. Mühafizəçilər arasında qarşıdumanın da əsası o hadisədən sonra qoyulub. Onlar bir-birlərini liderə zəhərli ərzaq verməkdə ittiham ediblər və bu qarşıduma Umarov öldürüldüyü müddətə qədər gizli də olsa davam edib.

İndi isə cəsədinin qalıqları Moskvaya aparılan Umarovun ölümü ilə bağlı ilkin diaqnoz qoyulub və liderin qanqrendən öldüyü bildirilib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений