Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bərzaniyə daha bir şok: İraq xəritəsi belə dəyişdi



Kərkükün kürdlərdən azad edilməsinin ardınca İraq ordusu bu dəfə yezidilərin bölgəsi hesab edilən Sincar, Mosulun cənub-qərqindəki Mahmur və şərqindəki Başika, İran sərhədindəki Hanagində nəzarəti ələ alıb.

Kərkükün bütün neft ərazilərində nəzarəti tam bərpa edən ordunun irəliləməsi ilə İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzani daha bir zərbə alıb. Mosulun qərbindəki Sincar da peşmərgədən təmizlənib. Bunun ardınca terror təşkilatı olan PKK-lıların əsas məskəni hesab edilən Mahmur və ətrafı da ordu tərəfindən nəzarətə götürülüb.

Bu gün günorta saatlarında isə İraq orudusu Türkiyə hərbi bazasının da olduğu Başikaya girib. İran sərhədinə çatan ordu ərazidən peşmərgəni tamamilə çıxarıb. Beləliklə, İraq xəritəsi dəyişib. Ölkənin şimalındakı Kərkük Sincar və Mahmur üzərində nəzarət yenidən rəsmi Bağdadın əlində cəmləşib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений