Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Adnan Oktara çətin sual: “Kediciklər” də cəhənnəmdə yanacaq? - VİDEO



“Kedicikləri” ilə məşhurlaşan məşhur aparıcı Adnan Oktarın uzun illər səsləndirdiyi açıqlaması yenidən gündəmə gəlib. 

Cebhe.info xəbər verir ki, özünü İslam dininin təmsilçisi hesab edən Oktar bir müddət əvvəl verdiyi müsahibədə reklam və maqazin jurnalları üçün açıq-saçıq görüntülərdə iştirak edən və foto çəkdirən qadınların cəhənnəmdə yanacağını demişdi. Oktarın bu fikri yenidən müzakirələrə səbəb olub. 

Xatırladaq ki, Adnan Oktar həmin xanımlar üçün bu ifadələri işlədib: “Bu qadınlar cəhənnəmdə yanacaqlar. Onların hər biri saxta sevinc içərisindədir. Cəhənnəm onları gözləyir”. 

Adnan Oktarın verdiyi müsahibə sosial şəbəkələrdə yenidən gündəmə gəldikdən sonra istifadəçilər ona çox çətin sual ünvanlayıb: “Kediciklər də cəhənnəm odunda yanacaqlarmı? Adnan Oktar yenə də həmin fikirdədir?” 

Oktar bu sullara cavab verməkdən yayınıb. Qeyd edək ki, Adnan Oktar İslam dinini öz təbirincə müasirləşdirərək, yeni ideya və forma ilə  təbliğ edir. Türkiyə efirində açıq-saçıq geyimli və ehtiras hərəkətləri edən qızlarla çəkdirdiyi fotolar, etdiyi rəqslər və ağlasığmaz hərəkətlər əksər müsəlmanlar tərəfindən birmənalı qarşılanmır. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений