Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Oğru”larla fotosu yayılan Tacir: “Azərbaycanın fəxri idi"



Müğənni Tacir Şahmalıoğlunun illər öncə "qanuni oğru"lar Masallı Mamed (Məmməd Hüseynov) və Sabirabadlı Hikmət (Hikmət Muxtarov) çəkilmiş fotosu ətrafında yayılan söz-söhbətə münasibət bildirib.

İfaçı Cebhe.info-ya açıqlamasında fotonun illər əvvəl çəkilsə də, 2 il öncə mətbuatda yayıldığını deyib. Əlavə edib ki, hələ o zaman məsələyə aydınlıq gətirib: "İki il bundan qabaq bu olayı qabartdılar. Mən də dedim ki, toyda çəkdirmişəm. Sabirabad Hikmət- Allah ona rəhmət eləsin- iştirak etdiyim toyda idi. Ürəyim istədi ki, onunla şəkil çəkdirim. Yaxınlaşdım, çəkdirdim. Mənim avtoritet aləmlə əlaqəm olmaz". 

Müğənni fotonu kiminsə bilərəkdən yayması məsələsinə rəy vermək istəməyib: "Bunu kimlərin etdiyinə gəlincə, vallah bilmirəm. Hikmət haqq dünyadadır. Sağ da deyil ki, desinlər təmasınız var. Yenə də deyirəm, Hikmətə hörmətim olub, Azərbaycanın fəxri idi. Amma onunla şəxsi tanışlığım olmayıb. Ümumiyyətlə, mənim kriminal aləmdə heç kimlə münasibətim yoxdur. Hətta "Qoca"nı da tanımırdım. Fədayə haqq-hesabında bildim ki, belə bir insan varmış". 

Qeyd edək ki, Masallı Mamed 2011-ci ildə həbsxanada vəfat edib. Sabirabadlı Hikmət isə 2006-cı ildə Moskvada qətlə yetirilib. 

Onu da əlavə edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Tacirin keçmiş duet ortağı Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Aysel 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений