Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Timoşenkonun məşhur hörüyünün SİRRİ: “Putinlə təkbətək görüşəndə...”



Ukrayna Ali Radasının deputatı Yuliya Timoşenko ona görə məşhur hörüyü ilə gəzir ki, ölkə qadınları onun seksuallığına qibtə etməsinlər.

Cebhe.info xəbər verir ki, bunu "112 Ukrayna" telekanalına müsahibəsində siyasi texnoloq Aleksey Sitnikov deyib.

Onun sözlərinə görə, 90-cı illərin sonunda Timoşenko ilə bərabər işləyib: "Onun çox böyük  antireytinqi var idi, onu hətta ukraynlı kimi qəbul etmirdilər. Belə fikir yarandı ki, onun ukraynalı olduğunu göstərən möhürü vurmaq lazımdır".

Siyasi texnoloq hesab edir ki, Timoşenkoya bu münasibətin bir səbəbi də onun qadın kimi cazibədarlığı olub: "Qadınlar gözəl, ağıllı, seksual həmcinslərini qəbul edə bilmirdilər. Bunun nəticəsi olaraq siyasətçi xanım üçün müəllim stili yaradıldı, cəzaibədar, ancaq seksual olmayan stil".

Timoşenkonun Rusiya prezidenti Putinlə təkbətək görüşünə diqqəti çəkən siyasi texnoloq "Onlar ünsiyyətdə olanda, kifayət qədər yaxşı kontakt alınırdı. Mən bunu təşkil edənlərdən biri olmuşam. Ancaq onlar ikilikdə görüşürdülər",- deyə vurğulayıb.

Cebhe.info xatırladır ki, Timoşenko imicini tez-tez dəyişir. O, bir dəfəsində parlamentə açıq saçlarla gələrək “daha qadınca” görünmək istədiyini deyib. Bir dəfəsində isə göy rəngli general pencəyində iclasa qatılıb. Ancaq onun əsas imici başına doladığı hörüyüdür.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений