Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib - YENİLƏNİB



Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.
 
Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb.  
 
***** 20.08

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin beynəlxalq hava limanı təxliyə edilib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, buna səbəb hava limanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəngdir.
 
Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.
 
Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb.
 
Təxliyə olunmuş sərnişinlər hava limanına yaxın ərazidədir. Polis əməkdaşları hava limanında, uçuş zolaqları və terminallarda axtarış aparırlar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений