Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

DÇ-2018: 30 xoşbəxt məlumdur



2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Danimarka pley-offda İrlandiyanı mübarizədən kənarlaşdırmaqla mundiala yollanıb.
 
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 30-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə və İsveç yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
 
Mundialda 32 komanda iştirak edir ki, qalan 2 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
 
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений