Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Məşğulam" deyən baş onkoloq: "Sübut edin ki, o qadın xərçəng deyil"



Bir müddət öncə “Faytonçu” ləqəbli Nazim Pişyariyə onkoloji diaqnoz qoyulmuşdur. Uğursuz əməliyyat keçirdiyini deyən müğənni bu səbəbdən İsrail və Türkiyəyə üz tutaraq hər iki ölkədə analizlər verib. Bəlli olub ki, müğənnidə onkoloji xəstəliyin olmadığı aşkarlanıb.

Ötən gün Azərbaycanın sevilən aktrisası, Türkiyədə yaşayan Məlahət Abbasovanın Facebook sosial şəbəkəsi üzərindən paylaşdığı status da diqqət çəkici idi. Aktrisa ailəsinə yaxın olan Xəyalə adlı xanıma Bakıda xərçəng diaqnozu qoyulduğunu, Türkiyədə verilən analizdə isə onda belə bir xəstəliyin olmaması haqda məlumat paylaşıb. Maraqlıdır ki, bu ilk belə hal deyil. Türkiyəli həkimlər də dəfələrlə bildiriblər ki, Azərbaycandan bu ölkəyə döş xərçəngi diaqnozu ilə müraciət edənlər çoxdur. Lakin bu xəstələr arasında onkoloji olmayanlar da olub.

Maraqlıdır, Azərbaycanda döş xərçənginə görə kadr, mütəxəssis varmı?

Respublikanın baş onkoloqu Azad Kərimli bu sualımıza aqressiv də olsa cavab verib.

Qısa dialoqumuzu təqdim edirik:

-Azərbaycanda döş xərçəngi ilə bağlı mütəxəssis varmı?

-Niyə yoxdur ki? Əlbəttə, var.

-Dəfələrlə Azərbaycanda analiz verərək onkoloji xəstə diaqnozu qoyulan xəstələrin Türkiyə və digər ölkələrdəki nəticələri fərqli olub. Bu yaxınlarda Xəyalə adlı bir xanım analiz vermək üçün Türkiyəyə gedib, bəlli olub ki, xərçəng deyilmiş

-Mən nəyə görə türkə inanmalıyam, özümə yox? Sübut edin ki, o xərçəng deyil. Türkiyədən bura o qədər xəstələr gəlir ki. Xəstələri yaman günə qoyub Azərbaycana göndərirlər. Türkiyə də, İran da. Niyə mənim nəticələrim pis olmalıdır? Necə olur ki, yapon gəlir buranı bəyənir, mənimki burdan-bura bəyənmir. Niyə?

-Bu yaxınlarda “faytonçu” ləqəbli müğənni Nazimin də...

-Oldu, bəsdir, məşğulam...

Nigar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений