Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lotu Quli azərbaycanlı “oğru”nu “blokladı” - QARŞIDURMA



Lotu Quli azadlığa buraxıldıqdan sonra “oğru aləmi”nin xəbərləri əsasənTürkiyədən gəlir. Artıq Türkiyədə toplanan “oğru dünyası” mənsubları təkcə ölkədəki məsələləri həll etməyə çalışmır, həm də Rusiyanı təsir dairəsinə salmağa cəhd edirlər. Növbəti belə mövqe Albert Rıjıy ləqəbli Əli Heydərovla bağlı üzə çıxıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, “oğru” Çia ləqəbli Laşa Barateli öz ünvanına səsləndirilən fikirlərə görə həmkarlarını cəzalandırmaqda davam edir. Oktyabrın ortalarında Türkiyədə eyni yerdə bir neçə “oğru” saxlanılıb: Koba Axvlediani, Zura Dqebuadze, Çia, Ensi və s. Onlardan Zura istisna olmaqla hamısı sərbəst buraxılıb. Zurada silah tapıldığına görə onu azad etməyiblər. Əvvəlcə barəsində həbs qərarı çıxarılıb, lakin sonra hansısa formada azadlığa çıxmağın yolunu tapıb. 

“Oğrular” saxlandıqları zaman diqqətlər Çiyanın üstündə cəmləşib. Çünki o, görüş yerinə hamıdan sonra gəlib və “oğru”lar “quyruğu” məhz onun gətirdiyini düşünüblər. Xüsusilə Levan Marqiya bu iddia ilə çıxış edib. “Quyruğ”un isə ya jurnalist, ya da polis olduğu güman edilib. Buna əsəbləşən Çia Marqiyanı döyüb. “Oğru”lar öz aralarında apardıqları araşdırma zamanı bu qənaətə gəliblər ki, Çianın bu vəziyyət salınmasında maraqlı tərəflərdən biri də İrkutski ləqəbi ilə tanınan Lexa Piterskidir. 2014-cü ildə məhz Lexa Çianın “oğru” olmadığını bildirib, onun “tacının” alınmasına çağırıb. Ancaq ona bu işdə dəstək verənlər də daxil olmaqla heç biri Çiaya qalib gələ bilməyib. 

Həmin zaman Lexanı “tanımayanlardan” biri- Albert Rıjıy ləqəbli Əli Heydərova qarşı da münasibət dəyişib. Lotu Qulinin müdaxiləsindən sonra Albertin statusu adi məhbus səviyyəsinə enib. Qulinin narazılığını bilən Albertin müdafiəçiləri işə başlayıb. Albertin həbsdə olduğu müəssisə ilə əlaqə yaradılıb, “müdafiəyə” şəxslər cəlb edilib. Lotu Quli bundan xəbər tutub və Əli Heydərovun məsələsinin şəxsi iştirakı olmadan birdəfəlik həllinin mümkün olmadığını bildirib. Beləliklə daha bir azərbaycanlı “oğru”nın statusuna “blok” qoyulub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений